Əsas Səhifə > Sosial > Kərəm Həsənov qaynını
Kərəm Həsənov qaynını9-01-2017, 16:49 |
2017-ci ilin ilk aylarında DİN strukturlarında bir sıra dəyişikliklər gözlənilir. Gununsesi.info-nun adıçəkilən nazirlikdəki mənbəsinin məlumatına görə, dəyişikliklərdən biri Gəncə diigəri isə Daşkəsəndə baş tutacaq. Belə ki, Əmlak Məsələləri Üzrə Dövlət Komitəsinin sədri Kərəm Həsənovun hazırda Daşkəsən rayon polis şöbəsinin rəisi işləyən qaynı Fəxrəddin Abbasovun yaxın zamanlarda Gəncə Şəhər Baş Polis İdarəsinin rəisi təyin ediləcəyi gözlənilir. Qeyd edək ki, mərhum general Rasim Musayevin Gəncədən “vurulmasından” sonra şəhərə polis rəisi gələn Faiq Şabanov ötən illər ərzində DİN rəhbərliyinin də etimadını qazana bilməyib. Bir neçə dəfə töhmət alan Faiq Şabanova hətta general rütbəsi də verilməyib. AzerTaym.az Geri qayıt |