Əsas Səhifə > Sosial > Yazıçılar Birliyinin binasında qalmaqal -
Yazıçılar Birliyinin binasında qalmaqal -24-03-2017, 15:53 |
Fəzail İsmayıl: “Hazırda xəstəxanada yatıram, Rauf Aslanovun başıma vurduğu zərbələr məni ölüm həddinə çatdırıb” Rauf Aslanov: “Mən ağır əməliyyatdan çıxmış adamam, ona barmağımı da vura bilmərəm, tikişlərim sökülər, özüm xəstəxanalıq olaram” F.İsmayılın sözlərinə görə, başından aldığı kəskin zərbələrin nəticəsində həmin gün səhhəti pisləşib və qusmağa başlayıb. Ardınca isə təzyiqi yüksəlib: “Evə təcili yardım gəldi. Sonra həkimə getdim. Sonradan əhvalım lap pisləşdi. Damarımdan qan götürdülər. Həkimlər mənə ev şəraitində qalmağımın səhhətimi pisləşdirəcəyini dedilər. Mən də "Semaşko"ya gəldim. Hazırda neyrocərrahiyyə şöbəsində müalicə olunuram”. F.Ismayıl hadisə ilə bağlı Səbayel rayon 39-cu polis bölməsinə şikayət edib. Olayla bağlı ekspertiza da keçiriləcək. Müsahibimizin sözlərinə görə, hadisə AYB sədri Anarın otağının qarşısında baş verib və çox güman ki, onun da xəbəri olub. Amma o, AYB sədrinin buna reaksiya vermədiyini dedi: “Hadisə nəticəsində mənim görmə qabiliyyətim azalıb. Mən özüm də onkoloji xəstəyəm. Sədrlə görüşmək istədiyim üçün nəyə görə bir qoçu tərəfindən döyülməliyəm?” Müsahibimiz şairi “bir də bura gəlsən, leşin çıxar” deyə təhdid etmədiyini bildirdi. R.Aslanovun dediyinə görə, AYB üzvü olan birinə belə bir söz deməyə nəinki mənəvi, heç hüquqi ixtiyarı yoxdur: “Elə şey olar? Mən orda adi müşavirəm. Ona necə deyə bilərəm ki, bura bir də gəlsən, leşin çıxacaq. O, hara istəsə müraciət edə bilər. Yazdığı bir poema var ki, bizim əlimizdədir. Ağzına gələni yazıb, verib çapa. Özü bilir nələr yazıb orda. Səsini çıxarsa, o sənəd də açıqlanacaq. Siz onun özündən soruşun ki, Raufun əlində nə sənədi var, o, özü biləcək. Sadəcə üzvümüzdür. Poeması var. Orda nə yazıb, yaxşı bilir”. R.Aslanov bildirdi ki, hadisə barədə Anar müəllimin də xəbəri var: “O, otağa girməyib. Sadəcə koridorda dayanıb ki, keçmək istəyirəm. Biz də ona izah etmişik ki, belə olmaz. Onu işçilərimiz yola salıblar. Biz aktlaşdırmışıq ki, o, özünü pis aparıb. Onun etmək istədiyinin qarşını aldıq. Bu və bunun kimiər gəlirlər, nəsə istəyrlər. Alınmayanda da şər-böhtanla məşğul olurlar. Bu adama Yazıçılar Birliyi iki dəfə torpaq alıb. Bu da hər ikisini satıb. Yenə nəsə istəyir, indi də başlayıb şərə”. Müsahibimiz sonda onu da bildirdi ki, şairin iddialarının yalan olduğunu sübut edən faktlar ortadadır. R.Aslanov bu faktlardan biri kimi özünün yenicə ağır əməliyyatdan çıxdığını və qolunu qaldıra bilmədiyini vurğuladı: “Mən martın 8-də, 6 saatlıq ağır əməliyyatdan çıxmışam. Əməliyyat o qədər həssas və ağır idi ki, ölkə xaricində etdirmişəm. Hələ də tikişdəyəm. Onu istəsəm də vura bilmərəm. Ona bir yumruq vursam, ya da sərt hərəkət etsəm, tikişim açılar. Bunu sübut edən həkim rəylərim var əlimdə. Barəmdə deyilənlərin hamısı şər-böhtandır”.
Geri qayıt |