Digər tərəfdən sosial şəbəkələrdə ən çox yazılan statuslarda onunla bağlı idi ki, Əli Kərimli 429 nəfərlik mitinqi ona görə edir ki, azı 50 nəfərə "qiyməti" 2500 dollar olan partiya arayışı satacaq. Bu da təxminən 125 000 dollar edir. Bilirsiniz ki, Əli Kərimlinin yaxın adamı olan və hal-hazrda Hollandiyada yaşayan Fikrət Hüseynli bu işlə məşğuldur. Pulun müqabilində Əli Kərimlinin partiya arayışını satır. Asan yolla Avropada yaşamaq üçün saxta partiya arayışı alan şəxslərin özlərinin veridiyi məlumata görə, bir müddət keçdikdən sonra necə aldanıldıqlarının şahidi olurlar. Bütün bunlar haqlı olaraq insanlarda o fikri formalaşdırır ki, bu mmitinq həm də birbaşa Əli Kərimlinin mühacir biznesinə xidmət etmək üçün keçirilən tədbir idi. Onu da əlavə edim ki, Xədicə İsmayıl radikal dindarlar mitinqə qatılacağı təqdirdə stadiona gəlməyəcəyini bildirib. O şərt qoymuşdu ki, İranın təsirində olan Eldəniz Quliyev mitinqin təşkilat komitəsinə salınmasın. Əli Kərimli də Xədicə İsmayılın tələbinə görə Eldəniz Quliyevi nəinki mitinqin təşkilat komitəsinə, heç tribunaya da yaxın qoymadı. Maraqlısı isə budur ki, Kərimli İsmayılovaya sağ göstərib sol vurub. Yəni E.Quliyev təşkilat komitəsində təmsil olunmasa da mitinqin əsas iştirakçıları yenə də radikallar olub. Bu isə Kərimli-İsmayılova arasında yeni qalmaqala səbəb olacaq..."