Əsas Səhifə > Sosial > ÜAK prezidenti: "Rusiya Ədliyyə Nazirliyinin məqsədi təşkilatın
ÜAK prezidenti: "Rusiya Ədliyyə Nazirliyinin məqsədi təşkilatın16-05-2017, 16:44 |
Ümumrusiya Azərbaycan Konqresinin prezidenti Fazil Qurbanov təşkilatın ləğvi ilə bağlı bəyanatla çıxış edib. APA-ya daxil olan bəyanatda bildirilir ki, Rusiyanın bütün regionlarında yaşayan 2 milyondan çox azərbaycanlını birləşdirən Ümumrusiya Azərbaycan Konqresi 2001-ci ildə Azərbaycan prezidenti Heydər Əliyev və Rusiya prezidenti Vladimir Putinin təşəbbüsü ilə yaradılıb: “16 ilik fəaliyyəti ərzində təşkilat Rusiyada vətəndaş sülhünün və millətlərarası anlaşmanın möhkəmlənməsində, Rusiya ilə Azərbaycan arasında sosial-iqtisadi və mədəni əməkdaşlığın inkişafı və dərinləşməsində böyük rol oynayıb. Lakin qeyd etmək lazımdır ki, ötən illər təşkilatın fəaliyyətində tələb olunan sənədlərin qeydə alınması və baxılması sahəsində yanlışlıqlara yol verilib, Rusiya Ədliyyə Nazirliyinin məktubuna operativ reaksiya verilməyib, Mərkəzi Şuranın iclaslarının keçirilməsi üçün verilən müddətlə bağlı tələbə riayət edilməyib və digər texniki səhvlər buraxılıb. Bununla yanaşı, regional toplantılarda nöqsanlara yol verilməsi ilə bağlı Ədliyyə Nazirliyi tərəfindən əsasız ittihamlar irəli sürülüb. Bu iradlar hətta əsaslı olsa belə, həmin nöqsanlar iclaslarda yetərsay məsələsinə və qəbul olunan qərarların legitimliyinə təsir etməyib. Üstəlik, həmin nöqsanlar təşkilatın mərkəzi orqanına aid edilə bilməz". Geri qayıt |