Əsas Səhifə > Sosial > ASLAN İSMAYILOV ORTAYA SƏNƏD QOYDU… –
ASLAN İSMAYILOV ORTAYA SƏNƏD QOYDU… –20-05-2017, 09:55 |
“Hər dediyi yalan, hər işi fırıldaq, dini-imanı dollar olan birisi hansı haqla məni ittiham edir?”Bəkil Aslan İsmayılov türk iş adamı Hızır Ekşinin dələduzluq yolu ilə onun 40 min dollarını mənimsədiyi haqda ittihamları ilə bağlı yeni açıqlama yayıb. Xatırladaq ki, H.Ekşi, “AzPolitika.info” saytına açıqlamasında iddia etmişdi ki, A.İsmayılov hələ 2 il əvvəl qardaşının Gürcüstandakı problemini həll etmək vədilə ondan 40 min dollar alıb, lakin nə işi həll edib, nə də pulu geri qaytarır. Türk iş adamı bildirmişdi ki, pulu Gürcüstanda A.İsmayılovun oğlu Vaqifə verib. A.İsmayılov da öz növbəsində türk iş adamından 40 min dollar alındığını etiraf etmişdi. Lakin iddia etmişdi ki, bu pulu özü almayıb, pul onun gürcü dostu, professor Paata Tsonobeladzeyə çatıb. Adıçəkilən şəxs isə bu pulu mənimsəyib və vəd etdiyi işi görməyib.
Bundan sonra A.İsmayılov dəxli olmadığı halda yenidən “Xəmsə” MMC-nin sahibi Mürvət Həsənlini hədəfə götürür və suallar sıralayır. Soruşur ki, niyə Baş Prokurorluq yanında Korrupsiyaya Qarçı Mübarizə İdarəsi M.Həsənlinin ölkədən çıxışına qadağa qoysa da, qısa müddətdən sonra götürüb, DİN-in Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə Baş İdarəsi hansı səbəbdən M.Həsənlini əvvəl saxlasa da sonra sərbəst buraxıb və sairə. Sonda isə vəkil ənənənvi olaraq bildirir ki, bu, onun şəxsi davası deyil: “Bu, Vətən, Dövlət davasıdır. İstəmirəm ki, bizə qardaş olan Türkiyədə iş adamları “Azərbaycan bir mafiya ölkəsi, vətəndaşları isə dələduzdur” fikri formalaşsın. “Azca ləyaqətin varsa, daha danışma…”
İkincisi, anlaya bilmirəm ki, bu məsələnin mənə nə dəxli var? Sən öz əməllərindən danış, bununla bağlı izahat ver! Daha doğrusu danışma, azca ləyaqətin varsa, utan, xəcalət çək!Mən bunun guya, özünün günahsızlığını sübut etmək üçün göstərdiyi “sənədlərlə” tanış oldum. Diqqət etdinizsə, bu sənəd cəmi 2 gün əvvəl, mayın 17-də tərtib olunub. Mən hələ bu məsələni bir kənara qoyuram ki, A.İsmayılovun elə özü kimi dələduzların köməkliyi ilə belə “sənədlər” əldə etməsi bir stəkan su içmək qədər asan işdir. Lakin hətta bu “sənədi” belə təhrif olunmuş şəkildə təqdim edir. Deyir ki, guya bu sənədlə təsdiq olunur ki, o və oğlunun pulun verilməsində iştirakı olmayıb. Halbuki, sənəddə gürcü vəkil elə Aslan İsmayılovun özünə istinadla bildirir ki, pulun verilməsində iştirak etməyib. Oğlu haqda isə heç nə deyilmir. Bəs Hızır Ekşi nə deyir? O demir ki, pulu Aslan İsmayılova verdim, deyir Gürcüstanda onun oğlu Vaqifə verdim. Bəs hanı bunu təkzib edən sübut? Hər şey gün kimi aydındır ki, Aslan İsmayılov oğlunun vasitəsilə türk iş adamından 40 min dollar alıb, lakin nə iş həll edə bilib, nə də pulu geri qaytarır. İndi onun ortaya qoyduğu “sənədin” isə 1 qara qəpiklik qiyməti yoxdur və heç nəyi sübut etmir. Əksinə, özünü dahi hüquqşünas sayan bir şəxsin belə rəzil duruma düşməsi, saman çöpündən mədət ummaq cəhdi onun bu məsələdə həqiqətən də dələduzcasına hərəkət etdiyinə ən böyük sübutdur! Hızır Ekşi olayı hələ aysberqin görünən kiçik bir hissəsidir”. “40 min dollar nə üçün alınıb?”
Sual olunur: Hər dediyi yalan, hər işi fırıldaq, dini-imanı dollar olan birisi hansı haqla məni ittiham edir?” “Yalanın da bir əndazəsi olar!”M.Həsənli bir daha vurğulayır ki, Hızır Ekşi ilə Aslan İsmayılovun davasına onun heç bir aidiyyatı olmasa da, vəkilin bu məsələ üzərindən də ona hücuma keçməsi dələduzluq faktını gizlətmək cəhdidir. “Ona görə də, mənimlə bağlı dediklərinə geniş cavab verib, onun öz hiyləğər məqsədinə çatmasına səbəbkar olmaq istəmirəm. Lakin qısaca olaraq vurğulamaq istəyirəm ki, yenə də mənimlə bağlı dediklərinin əksəriyyəti yalan və cəfəngiyyatdır. Nə Korrupsiya İdarəsi mənim ölkədən çıxışıma qadağa qoyub, nə Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Baş İdarəsi tərəfindən həbs olunmuşam, nə də səhhətimə görə guya mənim ifadəmin alınması təxirə salınmayıb. İstər Korrupsiya İdarəsi, istərsə də Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Baş İdarəsi tərəfindən səhhətimdəki problemlərə görə yox, məhz şikayət əsassız olduğu üçün ifadəm alındıqdan sonra sərbəst buraxılmışam. Yalanın da bir əndazəsi olar! Baxmayaraq ki, mən bu adamdan ən alçaq böhtanları gözləyirəm”. Geri qayıt |