Əsas Səhifə > Sosial > Əli Əliyev növbəti dəfə VİP-in sədri seçilib
Əli Əliyev növbəti dəfə VİP-in sədri seçilib28-05-2017, 15:07 |
Azərbaycan Vətəndaş və İnkişaf Partiyasının (VİP) IV qurultayı keçirilib. “Report”un məlumatına görə, partiya sədrinin müavini Ramil Hüseynli tədbirdə 205 qurultay nümayəndəsindən 164-nün iştirak etdiyini bildirib. Əli Əliyev qurultayda hesabatla çıxış edib. O, Azərbaycan hakimiyyətini tənqid edib: “Müxalifət birləşməli, birgə mübarizə aparmalı, təşkilatlanmalıdır. Növbəti prezident seçkilərində vahid mövqedən çıxış etməliyik. Müxalifət daxilindəki çəkişmələrə son qoyulmalıdır. Vətəndaş və İnkişaf Partiyası müxalifətin birliyi üçün güzəştə getməyə hazırdır. Azərbaycanda problemlər diskussiyalarla, polemikalarla həllini tapmalıdır. Təəssüflər olsun ki, bu mühit yoxdur”. Geri qayıt |