Əsas Səhifə > Sosial > Natiq Əliyevi nazir
Natiq Əliyevi nazir29-06-2017, 11:29 |
Hazırda mərhum energetika naziri Natiq Əliyevi heç kim əvəz etmir. Bu barədə nazirliyin mətbuat xidmətinin rəhbəri Zəminə Əliyeva məlumat verib. Qurum rəsmisi bildirib ki, nazirliyin işi əvvəlcədən planlı şəkildə qurulub: “Nazir müavinləri Gülməmməd Cavadov və Natiq Abbasov öz istiqamətləri üzrə işləri davam etdirirlər. Bu istiqamətlər üzrə də heç bir problem yoxdur”. Xatırladaq ki, ürəyində problem yaranan Natiq Əliyev iyunun 3-də Mərkəzi Neftçilər Xəstəxanasına yerləşdirilmiş, daha sonra isə müalicəsini davam etdirmək üçün Türkiyəyə aparılmışdı. O, iyunun 6-da İstanbulun Şişli rayonunda yerləşən və kardioloji xidmətlər üzrə ixtisaslaşan "Florence Nightingale" xəstəxanasında dünyasını dəyişib. AzerTaym.az
Geri qayıt |