Əsas Səhifə > Sosial > Sabir Rüstəmxanlıdan türkiyəli professora DƏSTƏK:

Sabir Rüstəmxanlıdan türkiyəli professora DƏSTƏK:


19-08-2017, 14:11

Türkiyəli tanınmış tarixçi, professor İlber Ortaylı deyib ki, türklər arasında azəri adlı bir millət yoxdur. Azərbaycanlı başqadır, Azəri başqa

 “Azəri milləti anlayışını Stalin uydurub. Kommunist şairlər də şerlərində "türk qızları" yazıblar. Bunu Stalin uydurub. Stalin cahil bir gürcüdür. Milliyətdən başı çıxmayıb. Çox savadsız, cahil biri olub” - deyə İlber Ortaylı bildirib.

 Məsələ ilə bağlı Xalq şairi, eks-deputat  Sabir Rüstəmxanlı Modern.az-a açıqlama verib.

 S. Rüstəmxanlı deyib ki, azəri deyilən bir millət türklər arasında yoxdur.

 “Azərilər kiçik xal olub. Onların fars dilinə yaxın bir dildə danışdığı ehtimal olunur. Azəri ayrı millətdir azər ayrı. Türklər arasında necə ki, kəngər, hacər, bulqar, azər və s. xalqı olub. Doğurdan da, azəri deyilən bir millət türklər arasında yoxdur. Azərbaycanlılar türklərdir. Düzdür, Azərbaycanda başqa xalqlar da var.

 Amma burada yaşayan titul, əsas xalq Azərbaycan türkləridir. Stalinə qədər də azərbaycanlılar özlərinə türk deyirdilər. Daha sonra Stalin bunu dəyişib azərbaycanlı etdirdi. 1930-cu ilə qədər bizim babalarımızın, dədələrimizin pasportunda türk yazılırdı”.

 Xalq şairi bildirib ki, Kommunist şairlər də şerlərində "türk qızları" yazıblar.

 “Səməd Vurğun  “Rəhbərə Salam” şeirini Stalinin qarşısında oxuyanda “çadrasız, boyasız türk qızlarından, salam gətirmişəm hüzuruna mən” deyib. Bu türk sözü rusların qulağını deşib.

 Çünki onlar türk düşməni idi. Daha sonra Stalin Mircəfər Bağırova deyib ki, türk sözünü azərbaycanlı elə. Azərbaycanlılar türk deyil. Beləliklə bir xalqın taleyində çox faciəvi bir dönəm başlayıb. Bu günə qədər də o səhv davam edir. Ona görə də türkiyəli tanınmış tarixçi, professor İlber Ortaylının fikirlərində həqiqət var”.


Geri qayıt