Əsas Səhifə > Sosial > FHN-in mətbuat katibi

FHN-in mətbuat katibi


22-10-2017, 15:59

1

Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat katibi Oqtay Bayramov öz ərizəsilə işdən ayrılıb.

Bu barədə Modern.az-a Oqtay Bayramov özü məlumat verib.
O, işdən ayrılma səbəbini ailə məsələləri ilə əlaqələndirib: “Ərizə yazıb işdən ayrılmaq normaldır. Ailə üzvlərimin, özümün səhhətimdə problemlər var, hazırda onlarla məşğulam. Sizlərdən, çox razıyam. Bu 4 ildə gözəl insanlar tanıdım. Haqqınızı halal edin”.

Qeyd edək ki, O.Bayramovun yerinə hələlik təyinat olmayıb.


Geri qayıt