Əsas Səhifə > Sosial > Müəlliməyə ƏXLAQSIZ təklif etdiyi iddia edilən DİREKTOR danışdı:
Müəlliməyə ƏXLAQSIZ təklif etdiyi iddia edilən DİREKTOR danışdı:4-11-2017, 10:40 |
Xəzər rayonu, Şüvəlan qəsəbəsində yerləşən, sağlamlıq imkanları məhdud uşaqlar üçün nəzərdə tutulmuş 12 nömrəli xüsusi internat məktəbinin keçmiş əməkdaşı Gülnar Ələsgərova məktəbin direktoru Allahverdi Vəliyevin əxlaqsız təklifinə “yox” cavabı verdiyi üçün işdən çıxarıldığını iddia etmişdi. Həmin iddia mediada böyük səs-küyə səbəb olmuş və nazirlik tərəfindən araşdırılma başlanmışdı. Musavat.com xəbər verir ki, əxlaqsız təklif etdiyi iddia edilən məktəb direktoru Allahverdi Vəliyev məsələ ilə bağlı danışıb. Musavat.com saytına danışan direktor bütün iddiaların əsassız olduğunu bildirib: "Həmin xanım buradan əvvəlki iş yerində də problemlər yaradıb. Direktora hücum çəkib. Hətta məsələ hüquq mühafizə orqanlarına qədər gedib çıxıb. Sonra nazirlik humanist addım atıb, onun 3 övladını nəzərə alıb, onu işə qəbul edib, onu buraya təyin edib. 2016-cı ilin aprel ayında burada işə başlayan həmin xanım dəfələrlə müxtəlif üsullarla işdən yayınıb. Onun tək istəyi məktəbdə vəzifəyə sahib olmaq idi.
Musavat.com ![]() Geri qayıt |