Əsas Səhifə > Sosial > Dizellə işləyən maşınlar ölkəyə buraxılmayacaq, vergi artır -
Dizellə işləyən maşınlar ölkəyə buraxılmayacaq, vergi artır -13-11-2017, 10:07 |
Gələn ildən dizellə işləyən maşınların ölkəyə gətirilməsinə icazə verilməyəcək. AzerTaym.az Insider.az-a istinadən xəbər verir ki, bu, Vergi Məcəlləsinə edilən yeni dəyişikliklərdə nəzərdə tutulub. Belə ki, layihədə istifadə müddəti bir ildən artıq olan dizelli maşınların Azərbaycana gətirilməsinə qadağa qoyulması nəzərdə tutulub. Təzə maşınları gətirərkən isə onlara tətbiq edilən aksiz vergisi 2 dəfə artırılacaq. Yeni dəyişikliklər layihəsinə görə, ölkəyə gətirilən digər avtomobillərə tətbiq edilən aksiz vergisinin də artırılması planlaşdırılır. Belə ki, istifadə müddəti 1 ilədək olan maşınların vergisi 50%, 1 ildən 5-dək olan maşınların 70% artırılacaq. 5 ildən artıq istifadə edilən maşınlara tətbiq edilən aksiz vergisi isə 2 dəfə yüksələcək. Məsələni şərh edən vergi ekspert Vəli Əliyev bildirib ki, maşınlara tətbiq edilən aksiz vergisinin həcminin artırılması onların, xüsusilə, dizelləişləyən maşınların qiymətinin bahalaşmasına səbəb olacaq: "Məsələn, kiçik həcmli maşınlarda aksiz vergisinin məbləği 400 manat idisə, əyişikliklərdən sonra 800 manata qalxa bilər. Üstəlik, onlara əlavə dəyər vergisi də tətbiq edilir. Bu halda ölkəyə gətirilən avtomibillərə görə ödənilən verginin həcmikifayət qədər atracaq. Bu isə maşınların satış qiymətinin bahalaşmasna gətirib çıxaracaq”. Ekspert maşın istehsal edilməyən ölkədə vergilərin bu formada artırılmasının doğru addım olmadığını vurğulayıb.
Minik avtomobilləri: - mühərrikin həcmi 2000 kubsantimetrədək olduqda: Aksizin dərəcəsi - Mühərrikin həcminin hər kubsantimetrinə görə – 0, 20 manat Geri qayıt |