Əsas Səhifə > Sosial > Füzulidə YAP-ın 25 illiyi
Füzulidə YAP-ın 25 illiyi21-11-2017, 14:42 |
Horadiz şəhərindəki Heydər Əliyev adına parkda Yeni Azərbaycan Partiyasının yaradılmasının 25-ci ildönümü münasibətilə ümumrayon tədbir keçirilib. Tədbirdə rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev, rayonun idarə, müəssisə və təşkilatlarının, hüquq-mühafizə orqanlarının əməkdaşları, icra nümayəndələri, bələdiyyələr, ziyalılar iştirak edib. Tədbir iştirakçıları əvvəlcə Heydər Əliyevin parkdakı abidəsini ziyarət edib, önünə gül-çiçək dəstələri düzərək xatirəsinə ehtiramlarını bildiriblər. Tədbirdə çıxış edən icra başçısı Alı Alıyev bildirib ki, Azərbaycanın tarixinə unudulmaz bir gün kimi daxil olan 1992-ci il noyabrın 21-i respublikamızın ictimai-siyasi həyatında yeni tarixin başlanğıc nöqtəsi sayılır: Alı Alıyev qeyd edib ki, Prezident İlham Əliyevin sədri olduğu və bu gün 700 mindən çox insanı sıralarında birləşdirən YAP müstəqilliyimizin, demokratik, hüquqi, dünyəvi dövlətimizin möhkəmləndirilməsi və dayanıqlı sosial-iqtisadi inkişafın təmin olunması proseslərində daim yaxından iştirak edir. YAP Füzuli rayon təşkilatının sədri Almaz Həşimova və digərləri çıxış edərək partiyanın keçdiyi inkişaf yolundan, qazandığı nailiyyətlərdən və cəmiyyətin ictimai-siyasi və sosial-iqtisadi həyatında fəal iştirakından bəhs ediblər. Sonra Yeni Azərbaycan Partiyası sıralarına qəbul olunan bir qrup gəncə partiya biletləri təqdim edilib.
Geri qayıt |