Əsas Səhifə > Sosial > BALAKƏN hansı sahədə LİDERdir?
BALAKƏN hansı sahədə LİDERdir?23-11-2017, 11:54 |
Son üç ildə Respublikamızda daha çox sağlıq durumu normal vəziyyətdə olan şəxslərin 3 min manat müqabilində əlillik qrupu alaraq, hər ay dövlətdən pul almaları faktı heç kəsə sirr deyil. Bu baxımdan rayonlarda mövcud olan statistika xüsusilə biabırçı həddə gəlib çatıb. Artıq Əmək və Əhalinin Müdafiəsi naziri Səlim Müslümovun bu vəziyyətə qarşı mübarizədə pafoslu nitqinə siravi bir məktəbli də inanmır.İstənilən məktəblidən soruşulsa, " ...qonşu Gülnaz xalanın əri də 2 qrup əlildir,heç yeri də xəstə deyil " cavabını verəcəkdir. Bir sözlə Səlim Müslümovun qadın TSEK sədirləri əlillik faizini aşağı salmadılar,onlar qruplar üzrə əlillik faizinin yerdəyişmə nisbətində ictimaiyyətin gözünə küll üfürdülər.Artıq elə vəziyyət yaranıb ki,istənilən şəxsin əlillik dərəcəsinin ləğvi söhbət mövzusu olduqda,qarşısındakını intihara sövq etmə ilə hədələyir. Geri qayıt |