Əsas Səhifə > Sosial > Bakı-Sumqayıt qatarında
Bakı-Sumqayıt qatarında12-12-2017, 11:17 |
Bakı-Sumqayıt-Bakı istiqamətində hərəkət edən qatarlarda əlavə heyət qoşulub. Bu barədə Publika.az-a “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Sevinc Qədirova məlumat verib. Onun sözlərinə görə, məqsəd sərnişin sıxlığının tənzimlənməsidir: “Dekabr ayının 11-dən 15-dək (15-i daxil olmaqla) Bakıdan saat 18.30-da yola düşən 6013 nömrəli, Sumqayıtdan saat 07.45-də yola düşən 6006 nömrəli Bakı-Sumqayıt-Bakı elektrik qatarlarına əlavə heyət qoşularaq, birləşdirilmiş halda ikiqruplu qatar kimi hərəkət edir”. Geri qayıt |