Əsas Səhifə > Sosial > Vahid Əhmədov İNTİZAM Komissiyasının dəyişilməsini istədi:
Vahid Əhmədov İNTİZAM Komissiyasının dəyişilməsini istədi:15-12-2017, 16:48 |
“Seçki Məcəlləsinə edilən dəyişikliyə görə, Milli Məclisinin deputatının qanunla müəyyən edilmiş etik davranış qaydalarını kobud surətdə və səsvermə hüququnun şəxsən həyata keçirilməsi qaydasını pozduqda mandatdan məhrum edilməsi qaydasına İntizam Komissiyası baxacaq və müəyyən qərar qəbul edəcək. Daha sonra isə Mərkəzi Seçki Komissiyasına (MSK) müraciət edəcək. Yəni bizim taleyimiz faktiki olaraq öz əlimizdədir”. “Təklif edərdim ki Milli Məclisin İntizam Komissiyasının tərkibində dəyişikliklər edilsin. Komissiyanın tərkibi genişləndirilsin. Komissiyanın tərkibinə pis qəbul edilməsin, ləyaqətli insanlar cəlb olunsun. Çünki onlar deputat yoldaşlarımızın taleyini həll edəcəklər”.
Geri qayıt |