Əsas Səhifə > Sosial > Deputatlarla JURNALİSTLƏRİN yarışacağı məkan bəlli oldu -
Deputatlarla JURNALİSTLƏRİN yarışacağı məkan bəlli oldu -22-12-2017, 10:11 |
Bu gün dekabrın 22-də Tofiq Bəhramov adına Respublika Stadionunda Milli Məclisin deputatları ilə parlament jurnalistləri arasında futbol yarışı keçiriləcək. Bu barədə Modern.az-a Milli Məclisin Gənclər və idman komitəsinin sədri Fuad Muradov məlumat verib. Deputat bildirib ki, tanınmış idmançıları, fəal gənclər təşkilatlarının üzvlərini də oyuna dəvət ediblər. Bütün bunlar təbii ki, cənab Prezident İlham Əliyevin idmana olan böyük qayğısının nəticəsidir. Prezidentimizə ölkəmizin idman ictimaiyyəti adından dərin minnətdarlığımızı bildiririk”.
Biz də belə bir futbol oyunu ilə Prezidentimizin ad gününü təbrik edəcəyik”. Qeyd edək ki, Milli Məclisin Gənclər və idman komitəsinin sədri Fuad Muradovun rəhbərliyi ilə Milli Məclisin futbol komandası yaradılıb. Ötən il komanda Türkiyədə parlamentlərarası futbol oyununda ikinci yeri qazanıb.
Geri qayıt |