Əsas Səhifə > Sosial > Bakıdakı 73 nömrəli MƏKTƏB sökülür
Bakıdakı 73 nömrəli MƏKTƏB sökülür27-12-2017, 09:49 |
Bakı şəhəri Nərimanov rayonundakı 73 nömrəli tam orta məktəbdə söküntü işləri aparılacaq. Maraqlıdır, tədris ilinin ortasında söküntü işlərinin aparılmasının səbəb nədir? Bu, şagirdlərin təhsilinə mənfi təsir etməyəcəkmi? “Ölkə başçısının 17 yanvar 2014-cü il tarixli, 232 nömrəli sərəncamı ilə təsdiq edilmiş “2014-2016-cı illərdə Bakı şəhəri və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı”nın Tədbirlər Planına uyğun olaraq, Nərimanov rayonundakı 73 nömrəli tam orta məktəbin köhnə korpusunun sökülərək yenidən tikintisi nəzərdə tutulub. Proqrama uyğun olaraq, işlərin icrası Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən yerinə yetiriləcək. Söküntü işlərinə cari tədris ilində başlanılacağı təqdirdə məktəb müvəqqəti olaraq iki növbəli iş rejiminə keçəcək”.
Geri qayıt |