Əsas Səhifə > Sosial > Əli MİRƏLİYEV Aygün Bəyləri MƏHKƏMƏYƏ verən Röyaya
Əli MİRƏLİYEV Aygün Bəyləri MƏHKƏMƏYƏ verən Röyaya4-01-2018, 15:58 |
“Oxuya bilmirsən, deməli, təhqir olunursan?!”Ötən ildən qalan Röya-Aygün Bəylər davası səngimək bilmir. Xəbər verdiyimiz kimi, əməkdar artist Röya Ayxan həmkarı Aygün Bəylərdən 50 min manat təzminat tələb edib. Əməkdar artistin köməkçisi Vüsal Rzazadə “Yeni Müsavat”a açıqlamasında bildirib ki, müğənni həmkarını bağışlamaq fikrində deyil: Qeyd edək ki, Aygün Bəylər tele-aparıcı Elgiz Əkbər və müğənni Əli Mirəliyevin aparıcılıq etdiyi verilişdə həmkarının sənəti ilə bağlı sərt ifadələr səsləndirmişdi. Məsələ ilə bağlı müğənni Aygün Bəylərin mövqeyini öyrənməyə çalışsaq da, zənglərimiz cavabsız qaldı. Müğənni Əli Mirəliyev isə “Yeni Müsavat”a açıqlama verərək həmkarını məhkəməyə verən Röya Ayxanı qınayıb: Aygün Bəylər həm gözəl muğam ifaçısıdır, həm də müğənnidir. İndi o yazıq ona layiq olan titulları almayıbsa, o demək deyil ki, o yaxşı oxumur. Gərək kiminsə bayrağının altından keçəsən də. Biri var ki, tanışlıqla, “adamının”, iş adamlarının köməyi ilə gedib “yuxarılara” gedib çıxasan, sonra da varlanıb, pullanıb özünə sənətkar adı verəsən, bu gülməlidir. Biri də var ki, xalq bu adı sənə versin”. Xatırladaq ki, əməkdar artist Röya Ayxan həmkarı Aygün Bəylərdən 50 min manat təzminat və mətbuat vasitəsilə onun haqqında səsləndirdiyi fikrilərin yalan olması barədə açıqlama verməsini tələb edir. Bu haqda Röya Ayxanın vəkili Vamiq Şükürov report.az saytına açıqlamasında bildirib. V.Şükürov qeyd edib ki, A.Bəylər ARB televiziyasında R.Ayxanın şərəf və ləyaqətini təhqir edib. Buna görə də R.Ayxan iddia ərizəsi ilə Səbail Rayon Məhkəməsinə müraciət edərək onu məhkəməyə verib:
Geri qayıt |