Əsas Səhifə > Sosial > PULLARI Bakıda Qazanır, Rusiyada XƏRCLƏYİR -
PULLARI Bakıda Qazanır, Rusiyada XƏRCLƏYİR -5-01-2018, 13:36 |
Hasil etdiyi neftin həcminə görə Rusiyanın 6 ən iri şirkətindən biri olan “Russneft” 2017-ci ildə xeyriyyəçilik fəaliyyətinə dair məlumatları açıqlayıb. Virtualaz.org xəbər verir ki, şirkət bu məqsədlə 932 milyon rubl (16 milyon dollara yaxın) vəsait xərcləyib. Vəsait təhsil, incəsənət, mədəniyyət, idman və rusiyalıların dini mariflənməsi sahəsində sosial əhəmiyyətli uzunmüddətli layihələrə sərf olunub. Məsələn, “Russneft” Rusiyada həndbol, voleybol və basketbol federasiyalarını dəstəkləyib. Bir sıra məşhur incəsənət festivallarına sponsorluq edib. Uşaq evlərinin sakinlərinin Saratovdakı “Rovesnik” düşərgəsində istirahətini maliyyələşdirib və s. Qeyd edək ki, “Russneft”in Azərbaycanda da iri neft aktivləri var. Qutseriyev Azərbaycanın qurudakı 16 neft yatağının sahibidir.
Lakin Qutseriyevin Azərbaycanda hansısa xeyriyyəçilik fəaliyyətinə dair heç bir məlumat yoxdur. Bu, Azərbaycan neftindən qazanan xarici şirkətlərin ölkədə sosial layihələrə dəstək verməsi və xeyriyyəçiliklə məşğul olması məsələsinə bir daha nəzər salmağa vadar edir. Məlumdur ki, BP və digər Qərb şirkətləri hər il öz büdcələrindən Azərbaycanda sosial layihələrə müəyyən vəsaitlər ayırırlar. Lakin “Lukoil” və “Russneft” kimi Rusiya neft şirkətləri barədə bunu demək çətindir. Ən azından Qutseriyev kimi Azərbaycan neftindən qazanan milyarder üçün ölkənin hansısa ucqar kəndində məktəb və ya tibb məntəqəsi tikmək, yaxud digər sosial layihələrə bir qədər vəsait ayırmaq elə də çətin olmazdı…
Geri qayıt |