Əsas Səhifə > Sosial > Xəbər saytı
Xəbər saytı17-01-2018, 13:17 |
“Xəbər365.com” saytı fəaliyyətini dayandırır. Modern.az xəbər verir ki, bu barədə saytın rəhbəri Anar Əsədli məlumat verib. “3 il yarım əvvəl dövlətçilik, millətçilik, türkçülük dəyərlərini əldə bayraq edərək bir yola başladıq – məhdud imkanlarla, kiçik bir komanda ilə “Xəbər365”i yaratdıq. 3 il yarım ərzində bir dəfə də olsun, əlimizi vicdanımızın üstündən götürmədik, haqqın, doğrunun yanında olduq. Bunu ona görə bu qədər rahatlıqla yazıram ki, saytın adı çəkiləndə haqqında ən reytinqli, ən populyar sayt yox, doğruları yazan sayt deyilir. Qürurludur ki, oxucuların, ictimaiyyətində yaddaşında məhz bu cür qalırıq. Sayt yaranandan bəri hər şeyə rəğmən, öz prinsiplərinə sadiq qaldı, onun marağında kiminsə villasını, bahalı maşınını, şou göstərmək, qalmaqalları, ölümü, kriminal hadisələri təbliğ etmək olmadı. Reytinq arxasınca qaçmadıq, məqsədimiz cəmiyyətə doğru informasiyaları çatdırmaq və fəaliyyətimizdə sağlam fikirləri yaymaq oldu. Çətin də olsa, qısa müddətdə ölkə mediasında özünəməxsus yer tuta bildik. Nəinki ölkədə, türk dünyasında populyarlıq qazanaraq oradakı fikir adamlarının da dəyərli fikirlərinin güzgüsünə çevrildi”. Anar Əsədlinin sözlərinə görə, sayt 31 yanvardan etibarən fəaliyyətini dayandıracaq: ““Xəbər365” yarandığı gündən mediada brend olmağı qarşısına məqsəd qoydu və buna, demək olar ki, nail oldu. Komandamızda peşəkar, öz mövqeyi olan jurnalistlər çalışdı, saytımız vasitəsilə aydınlar öz sözlərini deyə bildilər.
Geri qayıt |