Əsas Səhifə > Sosial > Nazir Qubaya

Nazir Qubaya


22-01-2018, 11:20

Nazir Qubaya gedəcək

Kənd təsərrüfatı naziri Heydər Əsədov  26 yanvar 2018-ci il tarixində, saat 11:00-da Quba rayon Kənd Təsərrüfatı İdarəsinin inzibati binasında  Quba, Qusar, Xaçmaz, Şabran, Siyəzən və Xızı rayonlarının sakinləri ilə görüşəcək.  

“AzerTaym” xəbər verir ki, görüşdə iştirak etmək istəyənlər Kənd Təsərrüfatı Nazirliyinə (012-493-51-64; 050-352-06-27) və Quba  Rayon Kənd Təsərrüfatı İdarəsinə (050-205-25-75) müraciət edə bilərlər.  

Qəbula yazılmaq üçün, həmçinin Kənd Təsərrüfatı Nazirliyinin “Çağrı mərkəzi” (1652) və elektron poçtu ([email protected]) vasitəsi ilə də qeydiyyatdan keçmək olar.


Geri qayıt