Əsas Səhifə > Sosial > Ali məktəblərdə HAZIRLIQ QURUPLARI nə vaxt

Ali məktəblərdə HAZIRLIQ QURUPLARI nə vaxt


6-02-2018, 12:09

“Təhsil haqqında” qanuna əsasən, Azərbaycandakı ali təhsil müəssisələrində ixtisaslar üzrə bakalavriat səviyyəsində birillik ödənişli hazırlıq qrupları təşkil olunmalıdır.

Hazırlıq qruplarına tələbə qəbulu biliyin qiymətləndirilməsi üzrə keçirilən imtahanlarda abituriyentlərin əldə etdikləri nəticələrə əsasən, müvafiq icra hakimiyyəti оrqanının müəyyən etdiyi qaydada həyata keçiriləcək. Hazırlıq qruplarında tədrisin sonunda keçirilən buraxılış imtahanları nəticəsində müvəffəqiyyət qazanan tələbələr ali təhsil müəssisələrinin birinci kursuna qəbul olunmalıdır. Ali təhsil müəssisələrinin hazırlıq qruplarında tədrisin təşkili qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

Bəs hazırlıq qrupları nə zamandan fəaliyyət göstərəcək?

Məsələ ilə bağlı Milli Məclisin Elm və təhsil komitəsinin sədri İsa Həbibbəyli Modern.az-a açıqlama verib.

İsa Həbibbəyli bildirib ki, Milli Məclis“Təhsil haqqında” qanuna dəyişikliyi qəbul edib və prezident də həmin dəyişiklikləri təsdiqləyib.

“Təhsil Nazirliyinin rəsmiləri də bir müddət əvvəl  bildirmişdilər ki, universitetlərin nəzdində hazırlıq qruplarının yaradılması istiqamətində işlər aparılır. Düşünürəm ki, bu barədə dəqiq məlumatı yaxın zamanlarda Təhsil Nazirliyi açıqlayacaq. Həmin hazırlıq qruplarının nə zaman, hansı universitetlərdə  açılacağı və ödənişin nə qədər olacağı barədə ictimaiyyətə  dolğun məlumat verəcək”.

 


Geri qayıt