Əsas Səhifə > Sosial > Nazir: “Azərbaycanda
Nazir: “Azərbaycanda6-03-2018, 16:50 |
Azərbaycanda 300-ə qədər fəaliyyətsiz xəstəxana ləğv olunub. Bunu səhiyyə naziri Oqtay Şirəliyev bildirib. “Azərbaycan səhiyyəsi son 14 ildə böyük inkişaf yolu keçib. İlk növbədə bu sahədə struktur dəyişiklikləri aparılıb, dövlətdən vəsait ayrılsa da, işləməyən 300-ə qədər fəaliyyətsiz xəstəxana ləğv olunub, çarpayı fondu 50 faiz azaldılıb”,-deyə O.Şirəliyev qeyd edib. Nazirin bildirdiyinə görə, dövlət başçısının tapşırığına uyğun olaraq, regionlarda müasir avadanlıqlarla təchiz edilmiş diaqnostika mərkəzləri tikilib, yeni səhiyyə müəssisələri inşa olunub və ya əsaslı təmir edilib. AzerTaym.az
Geri qayıt |