Əsas Səhifə > Sosial > Ölən SÜPÜRGƏÇİNİN 9 yaşlı qızı:
Ölən SÜPÜRGƏÇİNİN 9 yaşlı qızı:3-04-2018, 17:20 |
Kənardan baxanda ilk baxışdan 9 yaşlı Jalənin heç nəyi dərk etmədiyini düşünürsən.Özü üçün qaçır, hoppanır, tullanırdı… Ancaq heç də belə deyildi. Xalası Tünzalə xanım söhbət əsnasında dedi ki, Jaləni anasının məzarından qoparmaq olmurdu. Pambıq kimi əlləri ilə torpağı cırmaqlayıb, “ana, mən pis övladam. Sən ölmüsən, mən isə burda atılıb-düşürəm”, deyirdi…Soruşduq: “Jalə, gələcəkdə hansı peşənin sahibi olmaq istəyirsən?” Bir qədər düşündükdən sonra “deputat” cavabını verdi. Deyəsən, bu, taleyin ironiyası idi. Amma əmin olun ki, Jalə deputat olsa, Allah uzaq eləsin, bir də iş başında süpürgəçi ölümü qeydə alınsa, o, millət vəkili Musa Quliyev kimi “onu işləməyə nə məcbur edirdi?” sualı ilə çıxış etməyəcək.
Tale Cəmilə xanıma son mənzili qismət elədi. Bəs atası yox kimi olan bu uşaqların taleyi necə olacaq? İnanın ki, Milli Məclisdə maaş davası edən deputat Musa Quliyev də bu sualın cavabını bilmir… Yenicag.Az Geri qayıt |