Əsas Səhifə > Sosial > HAKİM PENSİYADAN NARAZI qaldı,
HAKİM PENSİYADAN NARAZI qaldı,10-04-2018, 14:42 |
Bakı Ağır Cinayətlər Məhkəməsinin sabiq hakimi Azər Kəlpəli oğlu Orucov pensiyasının miqdarından narazı olduğuna görə, məhkəməyə müraciət edib. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edən sabiq hakimin işinə hakim Şərafət Məmmədova sədrlik edəcək. Qeyd edək ki, hakimin işində cavabdeh tərəf kimi Dövlət Sosial Fondunun Nəsimi Rayon Şöbəsi tanınıb. Şikayətçiyə gəldikdə isə, Azər Orucov bu ilin əvvəlində yaş həddi ilə əlaqədar təqaüdə göndərilib. Qeyd edək ki, Azərbaycanda məhkəmə hakimlərinin maaşı minimum 1500 manatdan başlayır. Məlumat üçün bildirək ki, hazırda Azərbaycan Məhkəmə Sisitemində 554 hakim fəaliyyət göstərir, 76 hakim yeri isə boşdur. Geri qayıt |