Əsas Səhifə > Sosial > “LOQOS” da BAŞ VERƏNLƏR və ya DOST-TANIŞDAN
“LOQOS” da BAŞ VERƏNLƏR və ya DOST-TANIŞDAN21-04-2018, 13:29 |
Belə bir ifadə var-keyfiyyətli məhsulun reklama ehtiyacı yoxdur. Bu ifadəni həkimlərə də şamil etmək olar. Savadlı, peşakar həkimləri təbliğ etməyə lüzum yoxdur. Bu yaxında kanalların birində gedən televerilişdə yalançı psixoterapevtlərin çoxaldığından danışan ekspert də bildidi ki, yaxşı həkimin reklama, təbliğata ehtiyacı yoxdur. Peşakar həkimin qapısının ağzı həmişə xəstələrlə dolu olur. Bu həqiqəti hamımız bilirik, amma bəzən kanallarda gedən cəlbedici reklamlara elə bilərəkdən inanırıq. Zaur Baxşəliyevin aparıcısı olduğu “Bizimləsən” velişində “Loqos” Psixoloji və Nitq İnkişafı Mərkəzi haqqında deyilənlər, Zaurun bu mərkəzi ağızdolusu tərifləməsi, xəstələrin müalicəsinə 100 faiz təminat verməsi bir çoxlarında ümid yaradaraq bura üz tutmağa vadar edir. Yaxın qohumlardan birinin uşağında nitq probleminin olduğunu esidib onlara “Loqos”a müraciət etməyi təklif etdim. Anası uşağı da göturub həmin mərkəzə apardı. Bir neçə gün sonra nəticə ilə maraqlananda qadının dedikləri məni şoka saldı. Belə ki, binanın yaxınlığında mərkəzin rəhbəri Təranə Məmmədovanı söyüb qarğış edən, onu fırıldaqçı adlandıran , buradakı həkimlərin savadsız olduğunu söyləyən xeyli əsəbi valideynlə qarşılaşıb. Şübhələnsə də içəri girərək qiymətlər və həkimlərlə maraqlanıb. Deyilən qiymətlər isə təkcə yoldaşının aldığı əməkhaqqı ilə keçinən bu qadını heyrətə salıb. Hec demə həftədə 3 dəfə bir saatlıq seansa görə, ondan 360 manat ödəmək tələb olunub. Qadın kasıb olduğu üçün ona endirim edilməsini xahis etsə də hər saat üçün cəmi 20 manat güzəşt edə biləcəklərini deyiblər. Kəkələmək problem olan uşağın müalicəsinin isə ən azı 1 il davam edəcəyi söylənilib. Qohumum da kor-peşiman geri qayıtmağa məcbur olub. Qadının danışdıqlarını dinləyəndən sonra “Loqos” və onun rəhbəri Təranə Məmmədova haqqında araşdırma aparmaq qərarına gəldim. Focebook səhifəmdə mərkəzdə uşaqlarını müalicə etdirən valideynlərə müraciət ünvanlayaraq nəticələr barədə yazmağı onlardan xahiş etdim. “Loqos”da aldadılan, dələduzluq yolu ilə pulları əlindən alınan valideynlərin yazdıqları məni dəhşətə gətirdi. Ən nüfuzli telekanalda, reytinqli iki verilşdə güclü şəkildə təbliğatı aparılan bu mərkəzdə çalışanlar heç demə peşakarlar yox, savadsız, Təranə xanımın ətrafına yığıdığı dost-tanışı imiş. İnboxuma yazan bir qadının “Loqos” haqqında yazdığı dəhşətli bir faktı sizə də də təqdim edirəm. “Oglumun 7 yaşı vardı. Nitqi tam inkişaf etməmişdi. Məsələn, evə gələn qonaqdan hər yarım saatdan bir adını təkrar soruşur, sonra isə unudurdu.Evdə çox aqressiv olurdu, bacara bilmirdik onunla. Zaurun verilişinə baxandan sonra onu “ LOQOS” nitq inkişafı və psixoloji mərkəzinə apardıq. Düz 1 il oranın ‘ psixoloq və loqopedlər’inə ayda 900 manat pul ödədik. Bir neçə ay ‘müalicə’dən sonra psixoloqlar bizə dedi ki, ‘gördüz çox dəcəllik edir, sözə qulaq asmır vurun, döyün qoy agıllansın!” Mən də, nənəsi də bunu mütəxəssis məsləhəti bilib,uşagı demək olar ki, hər dəcəllik edən zaman döyürdük. Neçə ay da belə davam elədi. Gördük get- gedə uşaq lap pis olur. Axırı bir tanışın məsləhəti ilə uşağı Türkiyəyə apardıq. Orda klinikada tam müayinədən sonra məlum oldu ki, uşagın beyni inkişaf etmiyib. 3 yaşında beyin inkişafını dayandırıb. Müalicəni orda davam etdirdik və müsbət nəticə əldə etdik. Araşdırmamız davam edir. Qarşı tərəfi dinləməyə hazırıq. Nazilə Nəriman Geri qayıt |