Əsas Səhifə > Sosial > BU RAYONLARDA elektrik

BU RAYONLARDA elektrik


25-05-2018, 11:56

Bu rayonlarda elektrik problemi olmayacaq

“Azərişıq” ASC “Regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın tərkib hissəsi olmaqla Aran regionunda kənd təsərrüfatının, aqrar sənaye komplekslərinin dayanıqlı elektrik təchizatının təmin edilməsi istiqaməıtində gördüyü işləri açıqlayıb.

“Qurumdan AzerTaym-a daxil olan xəbərə görə, aparılan işlər nəticəsində Beyləqan və Füzuli rayonlarında 140.000 nəfər əhalisi fasiləsiz elektrik enerjisi ilə təmin olunub.  “Zərdab” yarımstansiyasında yenidənqurma işlərinə başlanılıb, transformatorlarının gücü 2 ədəd 10 MVA olan müasir tipli yarımstansiya inşa edilib. 

İmişli rayonu ərazisində 1970-cı ildə istismara verilmiş, 5 yaşayış məntəqəsini və İmişli şəhərinin bir hissəsini elektrik enerjisi ilə təmin edən 35/10 kV-luq Rəsullu yarımstansiyası da yenidən qurulub. Hazırda əsasən sənaye obyektlərini elektrik enerjisi ilə təmin edən 35/6 kV-luq “Bəhrəmtəpə-1” yarımstansiyasında yenidənqurma və genişləndirmə işləri aparılır. 

Ağcabədi Elektrik Şəbəkəsinin 35/10 kV-luq “Ağcabədi-2” yarımstansiyasında 35 kV-luq gərginlikdən 110 kV-luq gərginliyə keçirilməklə yenidənqurma işləri aparılır. 
   
ASC Ağcabədi, Ağdam, İmişli rayonlarında işlərin davam etdirildiyini bilıdirib.


Geri qayıt