Əsas Səhifə > Sosial > “AZƏRİŞIQ” gücləndirilmiş iş

“AZƏRİŞIQ” gücləndirilmiş iş


13-06-2018, 16:22

“Azərişıq” gücləndirilmiş iş rejiminə keçir

Ramazan bayramı ilə əlaqədar qeyri-iş günləri enerji istehlakçılarının, habelə bayram tədbirlərinin keçirildiyi yerlərin fasiləsiz enerji təchizatının təmin olunması məqsədilə “Azərişıq” ASC-nin Mərkəzi Aparatı və RETSİ (SS)-lər üzrə məsul vəzifəli şəxslərdən ibarət növbətçilik təşkil edilib.

AzerTaym.az xəbər verir ki, habelə baş verə biləcək hər hansı qəza hadisəsinin qarşısının alınması üçün zəruri tədbirlər görülüb. Sui-istifadə hallarının qarşısının alınması üçün nəzarət gücləndirilib. 

Baş vermiş qəzaların nəticələrinin aradan qaldırılması halları istisna olmaqla, bayram günlərində “Azərişıq” ASC tərəfindən aparılması planlaşdırılan bütün işlər müvəqqəti olaraq dayandırılacaq. 

 


Geri qayıt