Əsas Səhifə > Sosial > Vəfat edən nazir Yavər Camalov

Vəfat edən nazir Yavər Camalov


23-06-2018, 23:33

Vəfat edən nazir Yavər Camalov kimdir? - DOSYE

Xəbər verdiyimiz kimi, müdafiə sənayesi naziri Yavər Camalov bu gün vəfat edib. Nazir qəflətən dünyasını dəyişib.
 "AzerTaym.az"-ın  məlumatına görə, Yavər Camalov 17 oktyabr 1949-cu ildə Sabirabad rayonunun Çölbeşdəli kəndində anadan olub.
1972-ci ildə Azərbaycan Neft və Kimya İnstitutunu bitirib. Həmin il "Siyəzənneft” Neftqazçıxarma idarəsinin operatoru, 1972-1989-cu illərdə "Şirvanneft” Neftqazçıxarma idarəsində operator, mühəndis, böyük mühəndis, növbə rəisi, rayon mühəndis-texnoloji xidməti rəisinin müavini, baş mühəndis - sex rəisinin müavini, NQÇİ-nin baş mühəndisi, 1989-1995-ci illərdə "Şirvanneft” Neftqazçıxarma idarəsinin rəisi, 1995-2003-cü illərdə Quruda Neftqazçıxarma İstehsalat Birliyinin baş direktoru, 2003-2006-cı illərdə "Azneft” İstehsalat Birliyinin baş direktoru vəzifələrində çalışıb.
Azərbaycan Respublikası Prezidentinin 18 mart 2006-cı il tarixli sərəncamı ilə müdafiə Sənayesi naziri təyin edilib.
Yavər Camalov 16 oktyabr 2009-cu ildə İlham Əliyevin sərəncamına əsasən ölkənin iqtisadi inkişafındakı xidmətlərinə görə "Şöhrət" ordeni ilə təltif olunub. Ailəli idi, 3 oglu var.

Geri qayıt