Əsas Səhifə > Sosial > TOVUZ “AQROLİZİNQ”dən daha BİR ŞİKAYƏT
TOVUZ “AQROLİZİNQ”dən daha BİR ŞİKAYƏT1-07-2018, 19:10 |
Ölkə mətbuatında “Aqrolizinq” ASC ilə bağlı şikayət xarakterli yazılara tez-tez rast gəlmək olur. “Aqrolizinq” ASC-nin rayon filiallarında dövlət tərəfindən fermerlərə verilən azot gübrəsinin dəyərindən qat-qat baha qiymətə satılması barədə yüzlərlə şikayət var. Bu sarıdan ən çox şikayət olunan rayonlardan biri isə Tovuz rayonudur. 365info saytı bu yaxınlarda Tovuz “Aqrolizinq” və onun rəhbəri Vidadi Əkbərov barədə yazı dərc edib. Tovuz sakinləri tərəfindən göndərilən şikayət əsasında 365info saytının yazdığı yazıda bildirilir ki, Tovuz rayon İcra Hakimiyyətinin başçısı Tofiq Zeynalovun(Hal-hazırda icra başçısı vəzifəsindən azad edilib. Amma yazı dərc olunanda hələ vəzifəsindən kənarlaşdırılmamışdır.-red) Vidadi Əkbərovla “qaranlıq işləri” mövcuddur. Və bu arxayınçılıq Vidadi Əkbərova hər il dövlət tərəfindən ayrılan subsidiyaları cəzasız mənimsəməsinə imkan yaradıb. Bu günlərdə isə “Legion”a Tovuz “Aqrolizinq”dən daha bir şikayət daxil olub. “Legion”a şikayət edən sahibkar Aslanov Aslan İsfəndiyar oğlu bildirir ki, onun 90 hektar taxıl sahəsi var, ancaq taxılını biçdirmək üçün kombayn tapa bilmir: “Kombayn üçün Tovuz “Aqrolizinq”ə dəfələrlə müraciət etsəm də hər gün “bu gün , sabah” deyə aldadırlar. Buna görə də taxılımı biçə bilmirəm və taxıl sahəm məhv olmaq üzrədir, ”. Onu da qeyd edək ki, Kənd Təsərrüfatı Nazirliyi yanında “Aqrolizinq” ASC-nin sədri Elşən Məmmədov keçən ayın əvvəlində vəzifəsindən azad edilib və onun yerinə Seymur Mövlayev təyin olunub. Ancaq kadr dəyişikliyinə baxmayaraq görünür “Aqrolizinq”də keçmişdən qalan problemlər hələ də həll olunmamış qalmaqdadır… “Legion”
Geri qayıt |