Əsas Səhifə > Sosial > SABİQ İCRA BAŞÇISININ OĞLU İŞDƏN ÇIXARILDI
SABİQ İCRA BAŞÇISININ OĞLU İŞDƏN ÇIXARILDI8-07-2018, 13:56 |
Azərbaycanın Diasporla İş üzrə Dövlət Komitəsində daha bir ciddi kadr dəyişikliyi baş verib. Azeuronews.com xəbər verir ki, adı bir çox qalmaqallarda hallanan Salyanın keçmiş İcra hakimiyyəti başçısı Tahir Kərimovun oğlu Ümid Abuzərli komitənin Beynəlxalq Təşkilatlarla Əlaqələr şöbəsinin müdiri vəzifəsindən azad edilib. Onun yerinə bu yaxınlarda komitəyə təyinat alan Vüqar Məmmədov keçirilib. Geri qayıt |