Əsas Səhifə > Sosial > Ən problemli telefonlar -
Ən problemli telefonlar -16-07-2018, 09:48 |
Son illər sürətlə istehsal edilən və funksiyaları ilə bir-birindən seçilən smartfonların əslində kifayət qədər keyfiyyətli olmadığı aşkarlanıb. “Blancco” şirkəti 2018-сi ilin birinci rübündə smartfonların təhlükəsizliyi və keyfiyyəti üzrə apardığı araşdırmanın nəticələrini elan edib. AzerTaym.az xəbər verir ki, nəticələrə görə, “Android” platformaları arasında ən problemli və pis işləyən smartfonlar "Samsung” şirkətinə məxsus olub. Bu smartfonlar 27,4 faiz göstərici ilə keyfiyyətsiz və problemli smartfonlar siyahısına liderlik ediblər. Siyahıda ikinci yeri 14,2 faizlə bu gün görünüşü ilə "İphone" modellərini xatırladan və kifayət qədər sürətlə bazara daxil olan “Xiaomi” markalı smartfonlar tutur. Problemli işləyən smartfonlar cədvəlində üçüncünü yerdə 9,6 fazilə “Motorola” smartfonları yer alır. Geri qayıt |