Əsas Səhifə > Sosial > “AZƏRBAYCANA qarşı olan QÜVVƏLƏR

“AZƏRBAYCANA qarşı olan QÜVVƏLƏR


16-07-2018, 12:49

“Azərbaycanda 3 milyona qədər insan sosial şəbəkərdən istifadə edir. Təəssüflə qeyd etmək lazımdır ki, Azərbaycana qarşı olan qüvvələr sosial şəbəkələrdə aktivdirlər”.

AzerTaym.az-ın məlumatına görə, bu sözləri Mətbuat Şurasının sədri, Milli Məclisin deputatı Əflatun Amaşov “Media: Dini radikalizmlə mübarizə” adlı konfransda çıxışı zamanı deyib. 

Kənardan Azərbaycanın daxili siyasətinə müdaxilə etmək mümkün deyil”,- Ə. Amaşov bildirib.

O deyib ki, TANAP layihəsinin həyata keçirilməsindən sonra Gəncə hadisələrinin baş verməsi düşünməyə vadar edir: 
Baş verən hadisələrlə İslam dininin əlaqəsi yoxdur, ayrı-ayrı qruplar din pərdəsi altında gizlənərək, öz məkrli niyyətlərini həyata keçirməyə çalışır. Azərbaycan mediası bunu görür, mediada çalışanlar isə Azərbaycanın gələcəyindən narahat olan insanlar kimi öz işlərini icra edirlər”.


Geri qayıt