Əsas Səhifə > Sosial > AZƏRBAYCAN MİLLİ ENSİKLOPEDİYASINDA BİABIRÇILIQ
AZƏRBAYCAN MİLLİ ENSİKLOPEDİYASINDA BİABIRÇILIQ21-07-2018, 18:21 |
Bu haqda “XXI Əsr” Təhsil Məkəzinin rəhbəri, təhsil üzrə ekspert Etibar Əliyev öz “facebook” səhifəsində yazıb. “AzPolitika.info”nun məlumatına görə, Etibar Əliyev daha sonra yazıb: “Azərbaycan Milli Ensiklopediyasının 7 cildi çapdan çıxıb. Ensiklopediyanın cildlərindəki məqalələr əsasən “Bolşaya Rossiyskaya Ensiklopediya”dan köçürülür. Ensiklopediya işini bilməyənlər deyirlər ki, burada qəbahət yoxdur. Ancaq bu qəbahət olmaqla yanaşı, həm də rüsvayçılıqdır. Ölkənin alim potensialını şübhə altına almaqdır. Sadəcə tərcümə işidir. Ekzistensializm “varlıq” haqqında cərayan deyil, ey alimi-biəmməllər. Ekzistensializm “mövcudluq” haqqında fəlsəfi cərəyandır. “Varlıq” haqqında fəlsəfi təlim “Ontologiya” adlanır. Bunu qoyuram bir yana. “Ekzistensializm” haqqında məqaləni elə urvatsız tərcümə ediblər ki, hətta bunu oxuyan filosoflar da heç nə başa düşə bilməzlər. Geri qayıt |