Əsas Səhifə > Sosial > "Həbsxanada olanda eşitdim ki... "-
"Həbsxanada olanda eşitdim ki... "-20-09-2018, 17:47 |
"Gözəl Dəmirov əslən Sabirabad rayonundandır. Onun qardaşı Fuad Dəmirov kondisioner zavodunun direktoru olub. Həmçinin digər yüksək vəzifələrdə işləyib". Bunu Aznews.az-a açıqlamasında sabiq Daxili İşlər Naziri İskəndər Həmidov "Ədalət" partiyasının sədri İlyas İsmayılovun oğlunu qətlə yetirən Gözəl Dəmirovdan danışarkən deyib. Onun sözlərinə görə, Gözəl Dəmirov Daxili işlər orqanlarından ayrılıqdan sonra Türkiyə və MDB ölkələri arasında böyük bir biznes qurub: İskəndər Həmidov onu da qeyd edib ki, Gözəl Dəmirov orqandan onun nazir olduğu illərdə ayrılmayıb: "Mən həbxsanada olanda eşitdim ki, Gözəl polisdən çıxıb". Qeyd edək ki, iş adamı Etimad İsmayılov Türkiyənin İstanbul şəhərindəki ofisində öldürülüb. Başından 2, ürəyindən 1 güllə yarası alan Etimad İsmayılov xəstəxanaya çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb. Mərhumu Floryadakı ofisində qətlə yetirən Gözəl Dəmirov İstanbul Təhlükəsizlik və İctimai Asayiş İdarəsinin əməkdaşları tərəfindən tutulub. Geri qayıt |