Əsas Səhifə > Sosial > Yeni nazir müavini məşhur
Yeni nazir müavini məşhur31-10-2018, 09:48 |
Prezident İlham Əliyev dünən əmək və əhalinin sosial müdafiəsi nazirinə iki yeni müavin təyinatı barədə müvafiq sərəncamlar imzalayıb. "AzerTaym.az" modern.az-a istinadla xəbər verir ki, dövlət başçısının sərəncamları ilə Vüsal Zakir oğlu Nəsirli və Anar Rəhim oğlu Əliyev Azərbaycan Respublikası əmək və əhalinin sosial müdafiəsi nazirinin müavinləri təyin ediliblər. Lakin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Modern.az-a həmin məlumatları təkzib edərək bildiriblər ki, Vüsal Nəsirlinin Zakir Nəsirovla heç bir bağlılığı yoxdur. General-mayor Zakir Nəsirov 2005-ci ilin martında keçmiş MTN-in həyata keçirdiyi "Qara kəmər" əməliyyatı nəticəsində tutulmuşdu. Həmin əməliyyat çərçivəsində insan oğurluğu və qətllərdə ittiham edilən DİN-in sabiq baş əməliyyat müvəkkili Hacı Məmmədov və daha 26 nəfərdən ibarət cinayətkar dəstə zərərsizləşdirilmişdi. Geri qayıt |