Əsas Səhifə > Sosial > QATARLA TOQQUŞAN avtobusun marşrut xətti

QATARLA TOQQUŞAN avtobusun marşrut xətti


8-11-2018, 11:22

Qatarla toqquşan avtobusun marşrut xətti daşıyıcıdan alındı

160 nömrəli müntəzəm marşrut xətti üzrə sərnişindaşıma fəaliyyətini həyata keçirən “Ayşən LTD” MMC ilə bağlanan müqaviləyə xitam verilib.

Bu barədə AzerTaym.az-a Bakı Nəqliyyat Agentliyindən məlumat verilib.

Bakı Nəqliyyat Agentliyinin İdarə Heyətinin sədrinin müvafiq sərəncamına əsasən xətt üzrə sərnişindaşıma xidmətinin göstərilməsi “Çinar-Trans” MMC-yə həvalə edilib.

Noyabrın 10-dan etibarən 160 nömrəli müntəzəm marşrut xətti üzrə sərnişinlərə “Çinar-Trans” MMC tərəfindən yeni avtobuslarla xidmət göstəriləcək.

Qeyd edək ki,oktyabrın 1-də 160 nömrəli avtobusun qatarla toqquşması nəticəsində dəhşətli qəza baş vermişdi. Hadisə nəticəsində 2 nəfər ölüb, 34 nəfər yaralanmışdı.


Geri qayıt