Əsas Səhifə > Sosial > Məşhur estetik cərrah öz həmkarından

Məşhur estetik cərrah öz həmkarından


13-11-2018, 16:41

Məşhur estetik cərrah öz həmkarından polisə şikayət etdi

Azərbaycanda məşhur estetik cərrah öz həmkarından polisə şikayət edib.

Xətai Rayon Polis İdarəsinə müraciət edən estetik cərrah Siruz Qoçxani bildirib ki, həmkarı Pərviz Əhmədovcərrahi əməliyyatlardan əvvəl və sonra çəkilən və ona məxsus peşə fəaliyyətində xüsusi önəm kəsb edən şəkilləri icazəsiz və qanunsuz olaraq ələ keçirib.

Faktla bağlı araşdırma aparılır.

S.Qoçxani Baku Medica Plaza xəstəxanasında çalışır. Əvvəllər S.Qoçxani və P.Əhmədov arasında münasibətlər yaxın olub.

Qeyd edək ki, hər iki həkimin adı mətbuatda qalmaqallı hadisələrdə hallanıb. (report)


Geri qayıt