Əsas Səhifə > Sosial > Milli Məclisdə MARAQLI TƏKLİF -

Milli Məclisdə MARAQLI TƏKLİF -


14-11-2018, 19:51

Milli Məclisdə maraqlı təklif - Bu şəxslərə əlavə maaş verilsin

“Təklif edirəm ki, şəhid ailələrinə fərq qoymadan onlara 11 min manat konsepsiya ödənilsin. Bu sosial ədalət prinsipinə tam uyğundur”.

AzerTaym.az xəbər verir ki, bu sözləri Milli Məclisdə “Sosial təminatı və müdafiəni həyata keçirən müvafiq icra hakimiyyəti orqanının 2019-cu il büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı deputat Elmira Axundova deyib.

Millət vəkili əlavə edib ki, bəzi şəhid ailələri əvvəlcə konpensasiya alıblar: “Əvvəlki illərdə şəhid ailələri 50 min manat və ya 5 şirvan alıbsa, bunu təkrar hesablamaq və 11 min manatdan çıxmaq olar. Fikrimcə, sosial ədalər prinsipini saxlamaqla ictimai narazılığın qarşısını almaq mümkündür”.

Elmira Axundova daha sonra xatırladıb ki, uşaq puluna görə müavinət əvvəlki illərdə olduğu səviyyədə saxlanılıb: “Ancaq real təlabat əvvəlki ildən çoxdur. Hesab edirəm ki, ikinci, üçüncü və sonrakı doğuşlara görə, müavinət ödənilməlidir. Yəni birinci uşağa görə, 100 manat ödənilirsə, ikinci uşağa görə, bu rəqəm daha çox olmalıdır. Nəzərə almaq lazımdır ki, statistikaya əsasən, bizdə doğum azalıb”.

Deputat daha sonra təklif edib ki, ailəsində əlillərə xidmət edən şəxslərə maaş verilməlidir:

“Nəzərə almalıyıq ki, bizdə sosial xidmət formalaşmayıb. Əlillər nə zamansa dünyasını dəyişəndə ona xidmət edən xanımı, anası və ya bacısı işsiz qalır. Xahiş edirəm, bu məsələlərə diqqətlə yanaşasınız”.


Geri qayıt