Əsas Səhifə > Sosial > Bakıda ŞOK OLAY:
Bakıda ŞOK OLAY:24-12-2018, 15:18 |
Bir sıra məhkəmələrdə icra məmuru, ardınca Binəqədi Rayon Polis İdarəsində müstəntiq köməkçisi işləmiş, hazırda isə dələduzluq suçlamasıyla hakim önünə çıxarılan Asif Məmmədov pul yığmaqdan ötrü özünə saxta toy eləməkdə günahlandırılır. Ona qarşı bu ittihamı səsləndirən isə vaxtilə ailəvi gediş-gəlişləri olan Nailə Piriyevadır. Moden.az xəbər verir ki, “Azadlıq” radisounun məlumatına görə, Asif Məmmədov N.Piriyevanın oğlunu İqtisadiyyat Nazirliyinə işə düzəltmək adıyla pul alıb onu aldatmaqda günahlandırılaraq, haqqında CM-nin 178-ci (dələduzluq) maddəsi ilə cinayət işi başlanıb. Dekabrın 24-də keçirilən məhkəmədə yenə təqsirləndirilən şəxslə zərərçəkən qadın arasında mübahisə yaranıb, hətta tərəflər bir-birini təhqir ediblər. A.Məmmədov deyir ki, zərərçəkən qadın yalan danışır: «Dəfələrlə fərqli ifadə verib. Gah deyir, oğlunu Maliyyə Nazirliyinə, gah İqtisadiyyat Nazirliyinə, gah da Prezident Administrasiyasına işə düzəldəcəyimi demişəm. Mən ondan sadəcə, borca pul almışam. Başqa nə deyirsə, yalandır».
Bundan sonra tərəflər arasında yenidən mübahisə yaranıb. Məhkəmə prosesi davam edir. Cinayət işinin materiallarına görə, zərərçəkənlər sırasında N.Piriyevadan başqa bir nəfər də var - Ələkbər Zeynalov. Ondan da işə düzəltmək adıyla pul alındığı iddia olunur. N.Piriyeva deyir ki, təqsirləndirilən şəxslə o, Binəqədi polisində işlədiyi vaxt tanış olublar: «Samirə adlı qadın mənə qarşı dələduzluq etmişdi. Biz də Binəqədi Rayon Polis İdarəsinə şikayət vermişdik. Bizim şikayətimizi araşdırmaq üçün Asif Məmmədova verdilər. Asif dedi ki, müstəntiq köməkçisidir. Sağ olsun, o, işi düzgün araşdırdı, sonda da razı qaldıq. Amma Asifin özü sonradan mənə qarşı dələduzluq etdi». A.Məmmədova CM-in 34, 312 (rüşvətə təhrik etmə), 178.2.2 (dələduzluq-təkrar törədildikdə) və 178.2.4 (xeyli miqdarda ziyan vurmaqla dələduzluq) maddələri ilə ittiham irəli sürülüb. Qanunda xeyli miqdarda ziyan vurmaqla və təkrar dələduzluğa görə 4 min manatdan 7 min manata qədər cərimə, 3 ilədək azadlığın məhdudlaşdırılması və ya 2 ildən 5 ilə qədər həbs nəzərdə tutulub.
Geri qayıt |