Əsas Səhifə > Sosial, Slayd > “Sizin 3-cü sinif şagirdi özünü öldürmək istədi” – Ekspertlə məktəb
“Sizin 3-cü sinif şagirdi özünü öldürmək istədi” – Ekspertlə məktəb13-01-2019, 12:41 |
“Mən heç kimin demədiyini deyən biriyəm. Buna görə də bir çoxları tez – tez mənim fikirlərimdən narahat olurlar. Ölkədə fikir azadlığı var və bu ölkə başçısının siyasətinin əsasını təşkil edir, bu konstitusiyanın vətəşdaşa verdiyi hüquqdur. Bu sözləri BAKU.WS-ə açıqlamasında, təhsil eksperti Kamran Əsədov Bakıdakı 302 saylı məktəbin direktoru Səkinə Rzayevanın onun haqqında yazdığı tənqidi məqaləyə münasibət bildirərkən deyib. Eksper məktəb direktorunun ittihamlarına cavab verərkən ortaya faktlar qoyub: “İlk növbədə qeyd edim ki, tənqidə çox açıq insanam və bu baş verəndə çox sevinirəm. Çünki bunun vasitəsi ilə daha da təkmilləşir, çatışmazlıqlarımı müəyyən edib aradan qaldırıram. Amma haqlı tənqid. Amma beləsi demək olar ki, olmur.Əgər bu direktor səsləndirdiyi əsassız faktlara görə tabeliyində olduğu qurumların rəhbərliyi tərəfindən məsuliyyətə cəlb olunmasa, deməli, bu dolayısı ilə Təhsil nazirliyinin, Bakı şəhər Təhsil İdarəsinin prezidentin açıq sözə, fikrə münasibətinə qarşı olması deməkdir. Düşünürəm ki, bu qurumlar həmişə tənqidə açıq olublar və çatışmazlıqları dediyimə görə mənə qarşı heç vaxt kin güdməyiblər. Amma bu xanım direktor deyəsən özünü rəhbərliyinə xoş göstərmək üçün vəzifə səlahiyyətlərini aşıb. Yəni Roma papasından artıq katolik olmaq istəyib. Belə ki, Mikayıl Cabbarovun vaxtından etibarən nazirlik bizdən irad və təkliflərimizi bildirməyi həmişə istəyib və buna müsbət yanaşıb. Ümumi işin xeyri üçün buna həmişə ehtiyac olduğunu deyiblər. Hörmətli direktora deyim ki, hər gün dərs saatlarında Bakı küçələrində əlində abituriyent jurnalı olan nə qədər şagird gəzir. Əslində orta məktəbdə olmalı olan şagirdlər hazırlıq kurslarında, repititor yanındadırlar. Heç bir məktəb direktoru şagirddən nəsə almasa uşağı 5-6-cı saatdan, və ya həftənin müəyyən günləri buraxmır. Ya buraxmır, ya da nəyinsə qarşlığında uşaq dərsə gəlməsin, hazırlıqlara getməsinə icazə verir. Bu da 302 saylı orta məktəbin son illərdəki bərbad nəticəsinin göstəriciləri: Mən yenədə deyirəm, Bakı şəhərində bir çox məktəb direktoru 10-11-ci sinif şagigrdlərini nəyinsə qarşılığında dərsə gəlməməsinə göz yumur. Hətta bir çoxu şagirdlərin xüsusi müəllimlərin yanına, hazırlıq kurslarına getməsini tövsiyə, israr edir və bunun qarşılığında aylıq haqq alırlar. Soğan yeməmisiz, bəs soğanlar hanı? Sədəcə olaraq, mənim uğurlarım bir çoxlarını narahat edir. Belələri bədbaxt insanlardır. Mən təhsilin inkişafı üçün 15 ildir təmənansız fəaliyyət göstərirəm. Amma sizlərin təhsildə heç bir rolunuz, fəaliyyətiniz yoxdur. Mən dəfələrlə müəllimlərin sosial vəziyyətinin yaxşılaşdırıması üçün çoxsaylı təkliflərə çıxış etmişəm. Mən də müəlliməm. Heç kim hansısa bir meəllimi təhqir etdiyimi deyə bilməz. Mən sadəcə olaraq dövlətin rəsmi rəqəmlərini deyirəm, belə çıxır ki, Səkinə xanım, siz dövlətə qarşı çıxırsınız?! Sizin təkcə təlim nəticəsiniz aşağı deyil, düşünürəm ki, savadınız da aşağıdır. Sizin direktor olmağınız sizin ağıllı, savadlı olmağınız demək deyil. Mən direktor olmaq üçün yox, təhsil biliklərimi artırmaq üçün təlimlərə qoşulmuşdum. Müsabiqə və müsahinəni keçəndən sonra özüm təyinatdan imtina etdim. Çünki özəl sektorda fəaliyyət mənim üçün daha effektivdir. Ona görə ki, mən daima axtarışdayam, daima öz üzərimdə işləyirəm. Son 2 il ərzində 302 saylı orta məktəbin məktəbin məzunlarının ali məktəblərə orta qəbulolma faizi 26.85, qəbulolma göstəriciləri üzrə ümumiləşdirilmiş reytinq isə 0.630 bərabər olmuşdur. 2016 -2017-2018-ci illərin qəbul kampaniyalarında qəbulolma faizi orta respublika göstəricisindən aşağıdır. Son qəbul kampaniyasında qəbulolma faizi 17.92% azalıb. Bu 302-saylı orta məktəbin thəsil səviyyəsinin nə qədər yarıtmaz olduğunu göstərir. Yəni bu DİM-in rəsmi rəqəmləridir”. K.Əsədov heç bir informasiyanı rəsmi mənbəyə istinad olmadan ortaya çıxarmadığını qeyd edib: “Həmişə demişəm, indi bu savadsız şəxsə yenə də deyirəm ki, mənim səsləndirdiyim rəqəmlər, fikirlər hamısı rəsmi statistic göstəricilərə söykənir. Yəni təhsil Nazirliyinin keçirdiyi imtahanlar, DİM-in keçirdiyi imtahanlardan ortaya çıxan rəqəmləri deyirəm, yazıram. Sadəcə olaraq sizlər nə işlə məşğul olduğunuzu blmədiyiniz üçün, bir kitab, elmi jurnal oxumadığınız üçün məlumatınız yoxdur. Mən heç vaxt müəllimləri təhqir etməmişəm. Belə çıxır ki, siz tabeliyində çalışdığınız nazirliyi ittiham edirsiniz. Çünki DQ, MİQ, “İstedadlı şagirdlər üçün istedadlı müəllim” və digər imtahanları keçirən, müəllimlərin bilik və bacarıqlarını ortaya çıxaran onlardır. Siz bunlardan təhsildən xəbərsiz olduğunuz kimi məlumatsız olduğunuza görə xəbərdar deyilsiniz. Belə olan halda siz təhsil nazirliyi və Bakı şəhər Təhsil İdarəsini təhqir edirsiniz”. 302 saylı orta məktəbin respublika üzrə qəbulolma faizinin orta qiyməti 38.64% təşkil etmişdir (ixtisas qrupları üzrə: I qrup – 45.63%; II qrup – 55.46%; III qrup – 34.48%; IV qrup – 24.67%; V qrup – 31.38%;). Cədvəldən göründüyü kimi, məktəbin məzunlarının qəbul olma faizi orta respublika göstəricisindən çox aşağıdır. Məktəbin məzunlarının orta balı orta respublika göstəricisindən çox aşağıdır. Gör məni kim tənqid edir? Öz gözündə tiri görmür, mənim gözümdə çöp axtarır”. Geri qayıt |