Əsas Səhifə > Sosial > NAZİR tanınmış aparıcılara

NAZİR tanınmış aparıcılara


6-02-2019, 20:07

Nazir tanınmış aparıcılara vəzifə verdi

ATV-nin iki əməkdaşı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində vəzifəyə təyin olunub.
 "AzerTaym.az" axar.az-a istinadən xəbər verir ki, bu barədə nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Fazil Talıblı məlumat yayıb.
"Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki DOST (Dayanıqlı və Operativ Sosial Təminat) Agentliyinə mətbuat katibi vəzifəsinə bundan öncə AzTV, Lider TV, ARB TV və ATV-də müxtəlif vəzifələrdə çalışmış, bır sıra telelayihələrin rəhbəri və aparıcısı kimi fəaliyyət göstərmiş Şahin Əliyev, nazirlik yanında Dövlət Məşğulluq Xidmətinin mətbuat katibi vəzifəsinə ATV-nin "Xəbər” proqramının aparıcısı Əsmər Nəcməddinqızı təyin edilib”, - o qeyd edib.

Geri qayıt