Əsas Səhifə > Sosial > BNA rəhbəri könüllülərlə görüşdü
BNA rəhbəri könüllülərlə görüşdü29-06-2019, 11:59 |
Bakı Nəqliyyat Agentliyinin “Yol həyatdır” layihəsi çərçivəsində həyata keçirilən “Nəqliyyat Agentləri” könüllülük proqramına qəbul olunan könüllülərlə görüş keçirilib. "AzerTaym.az" bildirir ki, Bakı Nəqliyyat Agentliyinin İdarə Heyətinin sədri Vüsal Kərimli Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında gənclər siyasətinin uğurla həyata keçirildiyini vurğulayıb. Ölkəmizin təbii sərvətlərinin insan kapitalına çevrilməsinin bu siyasətin əsas faktorlarından olduğunu diqqətə çatdırıb. İdarə Heyətinin sədri Azərbaycanda 2012-ci ildən başlanılan könüllülük hərəkatını gənclər siyasətinin bariz nəticələrindən biri kimi dəyərləndirib. Son illər könüllülər hərəkatının geniş vüsət aldığnı qeyd edən Vüsal Kərimli bunun xüsusi əhəmiyyət kəsb etdiyini deyib. Bildirib ki, ölkə başçısının tövsiyəsinə uyğun olaraq cəlb edilən könüllülər Bakı Nəqliyyat Agentliyində təcrübə keçəcək. Bunun üçün Agentliyin mərkəzi aparatında və struktur bölmələrində uyğun şərait yaradılıb. Könüllüləri fəal olmağa dəvət edən İdarə Heyətinin sədri təcrübə müddətində əldə etdikləri bilik və bacarıqların onların ixtisaslı kadr kimi formalaşmasına töhfə olacağını qeyd edib. Geri qayıt |