Əsas Səhifə > Sosial > Elinaya görə cinayət məsuliyyətinə cəlb edilən eks məktəb direktoru
Elinaya görə cinayət məsuliyyətinə cəlb edilən eks məktəb direktoru20-07-2019, 17:53 |
Bu gün Bakı Apellyasiya Məhkəməsində təhlükədə qoyma və ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olmaqda təqsirləndirilən 162 nömrəli tam orta məktəbin keçmiş direktoru Sevinc Abbasova barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbirinin uzadılması ilə bağlı məhkəmə qərarından verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası keçirilib. Elina Hacıyevanın valideynlərinin nümayəndələri Sevinc Əliyeva və Emin İsayev bildirib ki, şikayət təmin edilməyib: "Şikayət vermə müddəti keçdiyinə görə, şikayətimiz təmin edilmədi. Biz Səbail Rayon Məhkəməsinin qərarını iyulun 13-ü bilmişik. Həmin gün də şikayət verdik. İndi məhkəmə bildirdi ki, müddət keçib və müddətin bərpası ilə bağlı Səbail Rayon Məhkəməsinə yenidən müraciət edilməlidir. Biz də bununla bağlı Səbail Rayon Məhkəməsinə müraciət edəcəyik". Geri qayıt |