Əsas Səhifə > Sosial > MİLLİ QƏHRƏMANIN OĞLU RƏİS MÜAVİNİ OLDU – Vilayət Eyvazovdan

MİLLİ QƏHRƏMANIN OĞLU RƏİS MÜAVİNİ OLDU – Vilayət Eyvazovdan


27-08-2019, 19:07

 

vilayet eyvazovDaxili İşlər Nazirliyində daha bir mühüm vəzifəyə təyinat gerçəkləşdirilib.

Strateq.az xəbər verir ki, Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazovun əmri ilə polis polkovniki Elsevər Mirzəyev DİN Baş Kadrlar İdarəsinin rəis müavini vəzifəsinə təyin edilib.

Xatırladaq ki, Elsevər Mirzəyev Qarabağ döyüşlərində ilk nizami özünümüdafiə batalyonunu – məşhur Ağdam taborunu qurmuş əfsanəvi döyüşçü-komandir, şəhid Milli Qəhrəmanımız Şirin Mirzəyevin oğludur.

sirin-mirzeyevFotoda: Milli Qəhrəman Şirin Mirzəyev (ortada)

 


Geri qayıt