Əsas Səhifə > Sosial > Fədayə Laçın: "Necə xəbərsiz getmişdimsə, o cür də

Fədayə Laçın: "Necə xəbərsiz getmişdimsə, o cür də


29-10-2019, 12:48

Azadlığa buraxılan müğənni Fədayə Laçın hazırda anasının evindədir. Musavat.com bildirir ki, müğənni jurnalistlərin qarşısına çıxaraq, gizlin şəkildə azadlığa buraxılmasından danışıb:

"Necə xəbərsiz getmişdimsə, o cür də xəbərsiz oturdum taksiyə gəldim evə. Azadlığa çıxacam deyə iki gecə yatmamışdım. Yalnız bu gecə yata bilmişdim. Səhər tezdən dedilər ki, çıxırsan ".


Müğənni səhhəti ilə bağlı da danışıb:

"Səhhətim çox yaxşıdır. Bu iki ildə heç qrip də olmadım".

Fədayə Laçın azadlığa buraxılması ilə bağlı mətbuat konfrasndı keçirəcəyini və yenidən səhnəyə geri dönəcəyini də bildirib.
Xatırladaq ki, ötən ay Bakı Ağır Cinayətlər Məhkəməsinin 2017-ci ildə çıxardığı hökmü ilə 6 il müddətinə azadlıqdan məhrum edilən müğənni Fədayə Laçın və digərlərinin apelyasiya şikayətinə Bakı Apelyasiya Məhkəməsində baxılmışdı. Məhkəmənin qərarı ilə F.Laçının cəzası 2 ilə endirilib. Bundan başqa, Kanvoy taborunun komandiri, polkovnik Bəhruz Abdullayevin cəzası 3 ilə, Fuad Hacıyevin cəzası 4 ilə, Günay Atakişiyevanın cəzası 5 ilə endirilib.

Beləliklə, həbsdə olan müğənninin 2 illik cəzası bu gün başa çatıb və müğənni azadlığa buraxılıb.

Qeyd edək ki, müğənni və digərləri xüsusilə ağır cinayətlərdə təqsirləndirilməklə həbs edilmiş “Qoca” ləqəbli Etibar Ələkbər oğlu Məmmədov və Əli Rasim oğlu Ağaminin qatardan qaçmasına görə həbs edilmişdi.


Geri qayıt