Əsas Səhifə > Sosial > “Oqtay Gülalıyev 2-ci dərəcəli koma vəziyyətindədir”
“Oqtay Gülalıyev 2-ci dərəcəli koma vəziyyətindədir”4-11-2019, 10:31 |
Hüquq müdafiəçisi Oqtay Gülalıyev 2-ci dərəcəli koma vəziyyətindədir. “AzerTaym.az" bildirir ki, bu haqda onun həkimi- neyrocərrah Adil Qeybulla bildirib: “Bir qədər öncə Oqtay Gülalıyevin müalicə aldığı Neyrocərrahlıq Xəstəxanasının reanimasiya şöbəsinin müdiri Arif Xasıyevlə əlaqə saxladım. Vəziyyəti stabil olaraq qalır, hemodinamik göstəriciləri stabildir. Əməliyyata götürülən gündən indiyə kimi 2-ci dərəcəli koma vəziyyətindədir. Pisləşmə yoxdur. İntensiv müalicə tədbirləri davam etdirilir”. A.Qeybullanın sözlərinə görə, komanın 4 dərəcəsi mövcuddur, ən ağır dərəcə 4-cü dərəcə (tam arefleksiya vəziyyəti) sayılır: Geri qayıt |