Əsas Səhifə > Sosial > Bakıya giriş məhdudlaşdırıldı

Bakıya giriş məhdudlaşdırıldı


25-11-2019, 01:55

"Yolda baş vermiş sürüşmə ilə əlaqədar olaraq Bibiheybət məscidindən şəhər istiqamətinə yeni yol ilə hərəkət müvəqqəti məhdudlaşdırılır".
Bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AYDA) mətbuat xidmətindən Modern.az-a verilən məlumatda bildirilib.

Qeyd olunub ki, avtonəqliyyat vasitələrinin hərəkəti köhnə yol ilə 20-ci sahə adlanan ərazidən keçməklə şəhər istiqamətinə doğru təmin olunur:
"Məhdudlaşma ərazidə təmir-bərpa işləri aparılan müddətdə qüvvədə olacaq.
Yarana biləcək müvəqqəti narahatlığa görə vətəndaşlardan üzr istəyirik, sürücülərdən aparılan işlərə anlayışla yanaşmalarını, təmir-bərpa işlərinin aparıldığı müddət ərzində sözügedən yollarda hərəkətdə olarkən diqqətli olmalarını, müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələrini xahiş edirik".
Bakı Nəqliyyat Agentliyinin (BNA) mətbuat katibi Mais Ağayev Modern.az-a açıqlamasında deyib ki,  baş vermiş sürüşmə ilə əlaqədar olaraq Bibiheybət məscidindən şəhər istiqamətinə yeni yol ilə hərəkət müvəqqəti məhdudlaşdırıldığından 125 nömrəli müntəzəm marşrut xətti üzrə avtobusun hərəkət sxemi də dəyişdirilib.

M.Ağayev qeyd edib ki, bu xətt üzrə avtobuslar digər avtomobillərlə yanaşı köhnə yol ilə 20-ci sahə adlanan ərazidən keçməklə şəhər istiqamətinə doğru hərəkət edəcək:
"Dəyişiklik ərazidə təmir-bərpa işləri aparılan müddətdə qüvvədə olacaq".
İlkin məlumata görə, sürüşməyə səbəb noyabrın 23-dən başlayaraq yağan intensiv yağışlardır.


Geri qayıt