Əsas Səhifə > Sosial, Slayd > HACI İBRAHİMİN 3 MİLYARDLIQ YENİ NAĞILLARI VƏ HƏQİQƏTLƏR – “Ya məni tutun, ya da…”
HACI İBRAHİMİN 3 MİLYARDLIQ YENİ NAĞILLARI VƏ HƏQİQƏTLƏR – “Ya məni tutun, ya da…”12-09-2015, 14:46 |
“Avesta” Konserninin prezidenti, FANTASTİK “Xəzər adaları” layihəsinin müəllifi Hacı İbrahim İbrahimov (İbrahim Nehrəmli) 3 milyardlıq müqavilə imzaladığna dair yeni nağıllavari açıqlama ilə çıxış edib. İş adamının iddasına görə, o, Azərbaycanda səfərdə olan Çin Milli Birləşmiş Resursların İnkişafı Beynəlxalq Şirkətinin sədri Li Jian Junla ilkin olaraq 3 milyard dollarlıq investisiya müqaviləsi imzalayıb. Guya Çinin adıçəkilən şirkəti “Xəzər adaları” layihəsinin bir adasına 3 milyard dollar dəyərində vəsait yatıracaq, sonrakı illərdə isə mərhələ-mərhələ digər adalara da investisiya yatırımları reallaşdıracaq. İbrahim Nehrəmlinin “Xəzər adaları” layihəsi ilə bağlı indiyədək söylədiklərinin heç 1 faizi belə reallaşmadığından, bunun da doğru olduğuna inanmaq çətindir, hətta mümkün deyil. Hər halda “AzPolitika.info”nun “XƏZƏR ADALARI”: FIRILDAQ LAYİHƏ BARƏDƏ BÜTÜN GİZLİNLƏR” başlıqlı araşdırmasını oxuyanlar buna şübhə etməz. Elə İbrahim Nehrəmlinin son aylar düşdüyü vəziyyət – tez-tez saxlanılaraq “Bandotdel”ə aparılması, aldığı kreditlərə görə faizləri ödəməməsi, işçilərinin maaşlarını belə verə bilməməsinə dairETİRAFLARI da onun milyardlarla bağlı söyləmlərinin əksəriyyətinin əsassız, ucuz piar olduğunu göstərir. Bunları yenidən təkrarlamaq niyyətində deyilik. Ancaq görünür İbrahim Nehrəmli yalan nə qədər böyük olarsa, bir o qədər inandırıcı olar prinsipindən əl çəkmək istəmir. Buna görə yenə də hansısa çinli ilə 3 milyardlıq müqavilə imzaladığını bəyan edir. Bununla da kifayətlənməyib bu müqavilənin yaxın gələcəkdə ölkəmizə 20 milyon turist cəlb edəcəyindən, bunun da büdcəyə ildə təqribən 20 milyard gəlir gətirəcəyindəın dəm vurur. Elə danışır ki, guya onun neftlə çirklənmiş, seysmik baxımdan təhlükəli zonalardan sayılan və bu səbəblərdən heç bir turistik cəlbediciliyi olmayan fantastik, hətta bəzi ekspertlərin FIRILDAQ adlandırdğı layihəsi postneft dövründə Azərbaycanın qurtuluşu olacaq. Amin demək istərdik…
Bu cür ofşor zonalarda yaradılan şirkətlər isə bir çox hallarda fırıldaq layihələri leqallaşdırmaq, çirkli pulların yuyulması ilə məşğul olurlar. Bəzən iş adamları yerli ictimaiyyəti aldatmaq üçün də bu cür şirkətlərlə yalançı, heç bir real əhəmiyyəti olmayan müqavilələr bağlamaq üçün istifadə edirlər. Çin Birləşmiş Resursların İnkişafı Beynəlxalq Şirkətinin bu cür işlərlə məşğul olub-olmadığını söyləyə bilməsək də, Hacı İbrahimlə “razılıq” əsasında sözügedən müqaviləyə imza atdığını da istisna etmək olmaz. Müqavilənin bəzi şərtləri də belə düşünməyə əsas verir. Belə ki, İbrahim Nehrəmlinin çinli iş adamı ilə imzaladığı müqaviləsinə dair açıqlamasındakı bir məqam xüsusi diqqətimizi cəlb etdi. Hacı İbrahim deyib ki, müqavilə şərtlərinə əsasən, şirkət “Xəzər adaları” ilə bağlı satış işini Çində və Honkonqda həyata keçirəcək:“Bununla əlaqədar mən sentyabrın 20-dən sonra Honkonqa səfər edəcəm. Çünki MƏNİM yaxın günlərdə ən azı bir həftəlik müddətə Honkonqa SƏFƏR ETMƏYİM məsələsi bu gün imzaladığımız müqavilədə ŞƏRT KİMİ İRƏLİ SÜRÜLÜB. Müqaviləyə uyğun olaraq, biz Honkonqda və Azərbaycanda birgə şirkət yaradacağıq və “Xəzər adaları” layihəsi isə həmin birgə şirkət üzərindən idarə olunacaq.”
Elə Hacı İbrahimin müqaviləyə Honkonqa SƏFƏR ETMƏYİ bir ŞƏRT kimi məhz bu üzdən saldığını da istisna etmək olmaz. Daha doğrusu, ölkədən leqal və qeyri-leqal yollarla çıxışının qarşısı alınan Hacı İbrahimin, sözügedən müqaviləni məhz ÖLKƏDƏN ÇIXMAĞA İCAZƏ ALMAQ üçün imzaladığını da ehtimal etmək olar. Yəni, sözügedən müqaviləni Hacı İbrahimin növbəti hiyləgər gedişi kimi də xarakterizə etmək olar. Ölkədən çıxışına icazə verilərsə, bəlkə bir daha geri dönməyəcək, gedib xaricdə biznesinin başında oturacaq. Verilməzsə də layihəyə 3 milyardlıq investisiyanı cəlb etdiyini, ancaq hüquq-mühafizə orqanlarının günahı üzündən reallaşdıra bilməyəcəyini deyəcək.
Mənbə onu da qeyd edir ki, bir neçə dəfə “Bandotdel”ə aparılan Hacı İbrahim indiyədək cəmi 20 milyon pul qaytarıb. Bu vəsaiti də Hacı İbrahimdən bəzi əmlakları satdırılaraq alınıb: “Onun Türkiyədə 3 villasını müəyyən edib, satdırıblar. 12 milyon onların satışından əldə olunub. Azərbaycanda da bəzi obyektlərini satdıraraq, ümumilikdə banka 20 milyon ödədiblər.”
Yada salaq ki, son aylaradək Hacı İbrahimin qarajında müxtəlif modeldən olan təxminən 10 lüks avtomobil vardı. Həmin avtomobillər arasında son model “Rolls Royce-Phantom” (1 milyon dollar), “Range Rover” (180 min), “Nissan Patrool”, “Bentley” markalı və digər modeldən olan maşınlar olduğu bildirilirdi. Təkcə sifarişlə gətirdiyi “Bentley” üçün 300 min dollar xərclədiyi iddia edilirdi. Yəni realıq budur. Onun milyardlarla bağlı keçmişdə və indi dedikləri isə nağıldan başqa bir şey deyil. Qalır göydən 3 almanın düşməsi,.. İ.İsmayıbəyli Geri qayıt |