Əsas Səhifə > Sosial > Məktəblilərin qış tətili

Məktəblilərin qış tətili


27-01-2020, 09:56

Bu gündən ümumi təhsil müəssisələrində qış tətili başlayıb. Qış tətili 27-31 yanvar tarixlərini əhatə edir.

Təhsil Nazirliyindən APA-ya verilən məlumata görə, altı günlük tədris həftəsi ilə işləyən məktəblərdə fevralın 1-i, beş günlük tədris həftəsi ilə işləyən məktəblərdə isə fevralın 3-ü dərs günüdür.

Qeyd edək ki, ümumi təhsil müəssisələrində dərslər sentyabrın 15-də başlayıb iyunun 14-də başa çatır.


Geri qayıt